Sərxoş halda tutulan sürücü: İnsanlıq halıdır
    • 24-05-2024, 10:04
    • 319

Sərxoş halda tutulan sürücü: İnsanlıq halıdır

İstanbulda avtomobilə “Saxla” xəbərdarlığı edilib. Xəbərdarlığa məhəl qoymayaraq sükanı döndərib qaçmaq istəyən sürücü digər polis qrupları tərəfindən saxlanılıb.

News24.az xəbər verir ki, avtomobildən düşən  A.K(40) adlı sürücü sərxoş olduğunu və mobil telefonu ilə zəng etdiyi qohumunu polis əməkdaşları ilə danışdırmaq istədiyini bildirib.

Sürücü polislər tərəfindən spirtli içki yoxlanışına məruz qalıb. Alkotesterlə yoxlama zamanı sürücüdə 1,12 promil spirtli içki olduğu müəyyən edilib və əvvəllər iki dəfə sərxoş vəziyyətdə avtomobil idarə edərkən yaxalandığı üçün sürücülük vəsiqəsi əlindən alınıb.

Sərxoş sürücü özünü lentə almaq istəyən mətbuat mənsublarına: “Çox içməmişəm, lütfən, çəkiliş aparmayın” deyib. “Niyə sərxoş maşın sürürsən?” sualına üçüncü dəfə sərxoş halda tutulmasına baxmayaraq, gülərək “insanlıq halıdır” deyərək maraqlı cavab verib.

Qeyd edək ki, sürücü sərxoş halda avtomobil idarə etdiyi üçün 12 min 997 TL cərimə edilib və 2030-cu ilə qədər sürücülük vəsiqəsi əlindən alınıb. Prosedurlardan sonra sərxoş sürücü ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb, avtomobil isə hadisə yerinə çağırılan qohumuna təhvil verilib.

Günel Məlikzadə