Bıçaqlı hücum: Ölənlər var
    • 24-05-2024, 11:33
    • 247

Bıçaqlı hücum: Ölənlər var

Yerli rəsmilərə əsaslanan dövlət mediasının məlumatına görə, Çinin mərkəzində bir kişi bıçaqla 8 nəfəri öldürüb, bir nəfəri yaralayıb.

News24.az xəbər verir ki, CCTV dövlət televiziyası hücumun dünən səhər Hubei əyalətinin Xiaogan şəhərində baş verdiyini bildirib.

Soyadı Lu olan 53 yaşlı hücumçunun daha əvvəl ruhi xəstəlikdən müalicə aldığı bildirilib.

Hücumçu hələ də polis nəzarətindədir.

Sinxua dövlət xəbər agentliyinin məlumatına görə, yaralının həyati təhlükəsi yoxdur.

Qeyd edək ki, vətəndaşların odlu silah sahibi olmasını qəti qadağan edən Çində kütləvi zorakılıq cinayətləri nisbətən nadir olsa da, son illərdə bıçaqlanma halları artmağa başlayıb.

Xatırladaq ki, bazar ertəsi mərkəzi Ciangxi əyalətində ibtidai məktəbdə meyvə bıçağı olan qadın iki nəfəri öldürüb, dörd nəfəri yaralayıb.

Həmçinin bu ay Çinin cənub-qərbindəki Yunnan əyalətində bir kişinin xəstəxanaya bıçaqla hücumu nəticəsində iki nəfər ölüb, 21 nəfər yaralanıb.

Günel Məlikzadə