Xəstəxanaya bıçaqlı hücum: Ölən və yaralananlar var
    • 7-05-2024, 12:11
    • 243

Xəstəxanaya bıçaqlı hücum: Ölən və yaralananlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində xəstəxanaya bıçaqla hücum edilib.

News24.az xəbər verir ki, yerli səlahiyyətlilər hücumda 10-dan çox adamın öldüyünü bildirib. Hücum edənin saxlanıldığını və hadisə ilə bağlı istintaqın davam etdiyi qeyd edilib.

Yunnanla bitişik Guicou əyalətində yayımlanan Guizhou TV sosial media hesabında hücumda 23 nəfərin yaralandığını açıqlayıb.

Günel Məlikzadə