Çində şagirdlərə bıçaqlı hücum edildi - YARALANANLAR VAR
    • 7-09-2020, 09:51
    • 547

Çində şagirdlərə bıçaqlı hücum edildi - YARALANANLAR VAR

Çinin mərkəzi Hunan əyalətindəki dörd lisey şagirdi naməlum şəxsin bıçaqla hücumu nəticəsində yaralanıb. 

News24.az xəbər verir ki, bu barədə "Sina" informasiya portalı məlumat verib.

Hadisə Çjanszyasze şəhərində yaşanıb. Hücum edən şəxs polis tərəfindən saxlanılıb. 

Yaralanan məktəblilərin hamısı xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır.