-
- 24-05-2024, 11:46
- 197
"Nə Xalq Cümhuriyyəti, nə də Xalq Cəbhəsi suverenliyi bərpa edə bilmədi"
"Nə Xalq Cümhuriyyəti, nə də Xalq Cəbhəsi suverenlik yolunda milli iradəni təmsil edə bildi. Əksinə, tarixi cinayətlərə şərait yaratdı".
News24.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.
Deputat qeyd edib ki, Xalq Cəbhəsi ilə yola çıxdıqda faciələr labüd olur:
"Azərbaycanın müstəqillik əldə etməsi hansısa ictimai-siyasi qüvvələrin və ya şəxslərin müstəsna xidməti deyil: “Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına 29 dekabr 2000-ci il müraciətində də ifadə etdiyi kimi, müstəqilliyimiz tarixi obyektiv proseslərin qanunauyğun nəticəsidir. Yəni, müstəqilliyin təməlində 1918-ci ildə Çar Rusiyasının, 1991-ci ildə isə SSRİ-nin dağılması dayanır. Əksinə, nə Xalq Cümhuriyyəti, nə də Xalq Cəbhəsi suverenlik yolunda milli iradəni təmsil edə bildi və xalqın mənafeləri ziddinə tarixi cinayətlər törədildi. 1918-də İrəvan, 1991-93-cü illərdə bütövlükdə Qarabağ və Şərqi Zəngəzur xəyanətin qurbanı oldu”.
Şəhanə