Ancelina Coli və Bred Pitt arasındakı mübarizədə yeni qərar
    • 24-05-2024, 22:30
    • 317

Ancelina Coli və Bred Pitt arasındakı mübarizədə yeni qərar

Amerikalı aktyor Bred Pittlə keçmiş həyat yoldaşı Ancelina Coli arasında məhkəmə çəkişməsi davam edir. Coli, keçmiş əri Pittin Miraval Castle şərab zavoduna nəzarəti ələ almağa çalışdığını və ona "susma haqqı" verdiyini iddia edərək, Pittə qarşı milyonlarla dollarlıq iddia qaldırıb.

News24.az xəbər verir ki, Pitt isə Colinin ona "zərər vermək" üçün səhmlərini "yad adama" satdığını iddia edərək ona qarşı iddia qaldırıb. Ancelina Coli 2021-ci ildə Miraval Castle şərab zavodunda paylarını rusiyalı araq istehsalçısı Yuri Şeflerə satıb.

Cütlüyün davası ilə bağlı yeni inkişaf olub. Ancelina Coli son səkkiz ildə imzaladığı bütün məxfilik müqavilələrini məhkəməyə təslim etməli olacaq.

Colinin vəkili Paul Murphy, məxfilik müqavilələrini təqdim etməkdən "çox xoşbəxt olduqlarını" söyləyib.

Angelina Coli növbəti ay ərzində "onun əlində, qəyyumluğunda və ya nəzarətində olan bütün qeyri-məxfi sənədləri" təqdim etməlidir.

Digər tərəfdən, Colinin vəkilləri daha əvvəl öz açıqlamalarında məxfilik müqavilələrinin məhkəməyə çıxarılmasının şəxsi həyatın toxunulmazlığı olacağını iddia ediblər.

Onu da qeyd edək ki, Coli və Pittin 2008-ci ildə satın aldığı Fransanın cənubundakı Miraval qalası da cütlüyün 2014-cü ildə evləndiyi məkandır.

Məlumdur ki, Pitt bu şərab zavodunu dünyanın ən hörmətli şərabçılarının rəhbərliyi altında idarə edir.

Günel Məlikzadə