"Həyat yoldaşımın başqa xanımdan qızı var"
    • 24-05-2024, 20:00
    • 167

"Həyat yoldaşımın başqa xanımdan qızı var"

"Həyat yoldaşımın başqa xanımdan qızı var"Əməkdar artist Gövhər Rzayeva dünyasını dəyişən həyat yoldaşından danışıb.

News24.az Axşam.az-a istinadla xəbər verir ki, "Elgizlə izlə" verilişində qonaq olan qarmon ifaçısı bir dəfə ailə qurduğunu deyib:

"Yazıq canım, bir dəfə ərə getdim. O da ki, qurban olum Allaha... Həyat yoldaşım 3 il əvvəl rəhmətə gedib. O mənim başıma dolanırdı. Mən də ondan o diqqəti görmüşəm. Həyat yoldaşım balalarımın atasıdır.

Hər adam yaxşılığı başa düşmür. Adamı gic yerinə qoyurlar. Ona görə özünü yormağa dəyməz. Həyat hərəyə bir cür çatır. Həyat yoldaşımın qəbri üstünə gedib, ziyarət edirəm. Gözümü açıb onu görmüşəm. Onun ikinci arvadından bir qız övladı var. Amma mənim onlarla münasibətim yoxdur".