Avtomobili ilə nəvəsini əzdi
    • 24-05-2024, 22:50
    • 702

Avtomobili ilə nəvəsini əzdi

Niğdedə Suat Budak (48) avtomobili ilə hərəkətdə olarkən 2 yaşlı nəvəsi Suat Umut Budakı vurub.

News24.az xəbər verir ki, xəbər üzərinə qəza yerinə jandarma və təcili yardım qrupları sövq edilib.

Gələn sağlamlıq işçiləri Suat Umut Budakın öldüyünü təyin edib.

Kiçik uşağın cəsədi Niğde Ömər Halisdemir Təhsil və Araşdırma Xəstəxanasının meyitxanasına aparılıb.

Baba Suat Budak jandarma qrupları tərəfindən saxlanılıb.

Qeyd edək ki, qəza ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə