Faciəvi qəza: Ölənlər var
    • 24-05-2024, 23:10
    • 222

Faciəvi qəza: Ölənlər var

Bursada yağış səbəbindən sürüşkən olan yolda idarəetmədən çıxan Sedat Sunqurun idarə etdiyi avtomobil qarşı zolağa keçərək Necati Turanın idarə etdiyi SUV tipli 16 JMM 55 nömrə nişanlı avtomobil toqquşub.

News24.az xəbər verir ki, qəzaya uğrayan avtomobilin sürücüləri Sunqur və Həsən Alper (42) hadisə yerində ölüb, digər avtomobilin sürücüsü Turan isə yaralanıb.

Vəziyyətin bildirilməsi üzərinə hadisə yerinə 112 Təcili Tibbi Yardım, polis və yanğınsöndürmə briqadaları göndərilib.

İlkin tibbi yardımdan sonra yaralı Bursa Yüksek İhtisas Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Sunqur və Alperin cəsədləri Bursa Ədli Tibb Qurumunun meyitxanasına göndərilib.

Qəza səbəbiylə bölgədə yol polis qrupları tərəfindən bir müddət tək zolaqdan idarə olunsa da, avtomobillər çıxarıldıqdan sonra normala dönüb.

Günel Məlikzadə