Dəhşətli qəza baş verdi - 3 ÖLÜ, 3 YARALI
    • 17-10-2023, 12:52
    • 152

Dəhşətli qəza baş verdi - 3 ÖLÜ, 3 YARALI

Türkiyənin Ordu şəhərinin Akkuş rayonunda yük maşını ilə minik avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

Hadisə səhər saat 08:00 radələrində baş verib. 

Necmi S.-nin idarə etdiyi yük maşını ilə Səməd Kocakoçun idarə etdiyi avtomobil dumanlı havada dolanbac yolda üz-üzə toqquşub.

Zərbənin təsirindən avtomobil yol kənarına aşıb. 

Qəza nəticəsində avtomobilin sürücüsü Səməd Kocakoç və avtomobildə olan digər iki nəfər də vəfat edib.

Hadisə yerinə polis və çoxlu sayda təcili yardım göndərilib. Zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra  xəstəxanaya çatdırılıblar.Yük maşınının sürücüsü saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Ülkər ABDURAHMANLI