-
- 24-05-2024, 17:34
- 313
"Sanksiyalar ixrac və idxala təsir göstərir"
Rusiya Mərkəzi Bankının dərc etdiyi "Maliyyə Sabitliyi Görünüşü" adlı hesabatda Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyaların təsiri qiymətləndirilib.
News24.az xəbər verir ki, Qərb ölkələrinin 2023-cü ilin son rübündə və bu ilin ilk rübündə sanksiyalara qarşı təzyiqləri artırdığına diqqət çəkilərək "Yeni məhdudiyyətlər təkcə Rusiya şirkətlərini deyil, dost ölkələrdəki şirkətləri də hədəfləyir" deyilib.
Hesabata ikinci dərəcəli sanksiyaların ixrac və idxala təsir etdiyi qeyd edilib. “Nəticədə, ixrac və idxalda azalma, Rusiya mallarının qlobal bazarda rəqabət qabiliyyətinin pisləşməsi, həmçinin logistika, beynəlxalq ödənişlərdə mürəkkəblik ola bilər" qiymətləndirməsi daxil edilib.
Rusiyanın 2023-cü ilin son rübündə neft, təbii qaz və neft məhsulları istehsalında azalma yaşandığı ifadə edilərək “Şirkətlər sanksiyalara əməl etməyə və Şərq istiqamətlərini inkişaf etdirməyə davam edir. Lakin azalan ixrac həcmini tam kompensasiya etmək hələ ki, mümkün olmayıb” deyə bildirilib.
Onu da bildirək ki, Rusiya ixracatçılarının yeni bazarlar axtardığını bildirən hesabatda aşağıdakılar qeyd olunub:
“Təchizat zəncirləri və ödəniş mexanizmləri ikinci dərəcəli sanksiyalar səbəbindən daha mürəkkəbləşir. Bu da idxal qiymətlərinin artmasına və tədarükün kəsilməsinə səbəb olur”.
Günel Məlikzadə