-
- 28-02-2024, 15:28
- 543
Sanksiyalardan sonra Rusiya iqtisadiyyatı
Rusiya Ukrayna ilə müharibəsinin üçüncü ilinə qədəm qoyduğu bir vaxtda Qərb ölkələri ilə davam edən iqtisadi müharibə və sanksiyaların təsiri gündəmdə qalmaqdadır.
News24.az xəbər verir ki, Qərb ölkələri 2022-ci ilin fevralında başlayan Ukrayna müharibəsindən sonra Rusiyanın iqtisadiyyatına və beynəlxalq ticarətinə qarşı müasir tarixin ən əhatəli sanksiyalarını tətbiq etməyə başlayıb.
Rusiya iqtisadiyyatının əsasını təşkil edən enerji, maliyyə, müdafiə sənayesi, logistika və aviasiya kimi sektorları hədəf alan sanksiyalar, İkinci Dünya Müharibəsindən sonra sürətlə böyüyən Rusiya ilə Avropa ticarətinə də zərbə vurdu.
Sanksiyalar çərçivəsində Rusiya Mərkəzi Bankına və Rusiyanın mühüm banklarına məxsus 300 milyard dollardan çox aktivlər Qərb ölkələri tərəfindən dondurulub, ehtiyat hissələri və texnoloji məhsullar kimi mühüm məhsulların Rusiyaya ixracına sərt məhdudiyyətlər qoyulub.
Günel Məlikzadə