-
- 25-05-2024, 09:00
- 223
Çinin Tayvan ətrafında təlimləri başa çatdı
Çinin dövlət xəbər kanalı CCTV-7-nin aparıcısı cümə günü yayımladığı bir proqramda Çin ordusunun Tayvana qarşı "Birgə Qılınc-2024A" təlimlərini "uğurla başa vurduğunu" bildirib.
News24.az xəbər verir ki, Tayvan Müdafiə Nazirliyinin məlumatına görə, iki günlük təlimlər zamanı ümumilikdə 111 Çin təyyarəsi və onlarla donanma gəmisi muxtar adanı mühasirəyə alıb.
Qeyd edək ki, yanvarın 13-də Tayvanda keçirilən prezident seçkilərində qalib gələn hakim Demokratik Tərəqqi Partiyasının (DPP) namizədi Lai Çinq-te bu həftənin əvvəlində and içib.
Pekin administrasiyası Tayvanda hakim partiya olan DPP-ni “müstəqillik tərəfdarı”, partiyanın lideri Lai isə “düzəlməz separatçı” kimi görür.
Çinin ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan 1949-cu ildən de-fakto müstəqilliyə malikdir. Çin və Tayvan arasında vətəndaş müharibəsindən sonra ortaya çıxan ayrılma və suverenlik mübahisəsi davam edir.
Son illərdə Tayvana hərbi təzyiqləri artıran Pekin administrasiyası, adanın materiklə birləşdirilməsi üçün lazım gələrsə, güc tətbiqini istisna etməyəcəyini vurğulayır.
Günel Məlikzadə