-
- 25-05-2024, 13:00
- 233
Kitkay dağında "Stalin" peyda oldu
“Stalin” yazısı İrkutsk vilayətində Kitkay adlanan dağda quraşdırılıb.
News24.az xəbər verir ki, bu barədə İrkutsk vilayətinin Qanunvericilik Məclisinin deputatı Anatoli Obuxov VKontakte səhifəsində məlumat verib.
“Ölkəmizin, o cümlədən kiçik vətənimiz - İrkutsk vilayətinin əziz vətənpərvərləri, xəbər veririk: uğur qazandıq! Ust-Udinski rayonunun Novaya Uda kəndi yaxınlığındakı Kitkay dağında daha bir turistik məkan peyda oldu - böyük "Stalin" yazısı", deputat yazıb.
Onun sözlərinə görə, bu obyekt İosif Stalinin Sibirə ilk sürgününün şərəfinə quraşdırılıb. İddiaya görə, o, bu yerdə olub.
Qeyd edək ki, yazının yaradılmasına onlar 258 min rubl xərcləyiblər. 2022-ci ildə tikilmiş “Stalin besedkasının” yanında yerləşir.
Əvvəllər hakimiyyət orqanlarının Voloqdada Stalinin büstünün qoyulmasını dəstəklədiyi bildirilib.
Günel Məlikzadə