"İçimdə o qadına nifrət yaranıb"
    • 25-05-2024, 19:50
    • 351

"İçimdə o qadına nifrət yaranıb"

Aparıcı Xoşqədəm Hidayətqızı Xalq artisti İlhamə Quliyeva ilə bağlı açıqlaması ilə diqqət çəkib. 

News24.az Axşam.az-a istinadən xəbər verir ki, aparıcı verilişində mərhum müğənni ilə münasibətlərindən danışıb. O bildirib ki, İ.Quliyeva ilə bir vaxtlar yaxın dost olublar:

"Sonradan İlhamə ilə dost olan, vaxtında yanında cəsarət edib danışmayıb, indi danışanlardan deyiləm. Amma bu gün ilk dəfə içimdə o qadına böyük nifrət hissi yarandı. 2003-cü il seçki vaxtı çox həyəcan keçirirdi, mənim evimdə qalırdı".

Qeyd edək ki, İ.Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovun doğma anası Lalə "Səni axtarıram" verilişinə gələrək övladının itkin düşdüyünü söyləyib.