İranda DƏHŞƏT: Bir ailənin bütün üzvləri qətlə yetirildi
    • 27-05-2024, 19:11
    • 158

İranda DƏHŞƏT: Bir ailənin bütün üzvləri qətlə yetirildi

Dünən gecə Kerman əyalətinin Sircan şəhərində bir ailənin beş üzvü öldürülüb.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, adıçəkilən şəhərin prokuroru Müctəba Qədimi bildirib ki, ötən gecə saat 23:00 radələrində ər və arvad, o cümlədən onların üç övladı naməlum şəxs tərəfindən qətlə yetirilib.

Qeyd olunub ki, cinayətkar evə oğurluq məqsədi ilə daxil olub. Hazırda hadisə ilə bağlı araşdırma aparılır və polislər cinayətkarın tapılması üçün əməliyyatlara başlayıblar.