-
- 27-05-2024, 14:03
- 447
"Galatasaray" REKORD gəlir qazandı
Trendyol Superliqasında 2023-2024 mövsümünün son həftəsində "Konyaspor"u 3:1 hesabı ilə məğlub edərək çempion olan "Qalatasaray" da ciddi gəlir əldə edib.
News24.az xəbər verir ki, iştirak haqqı olaraq kassalarına 38,3 milyon TL qoyaraq liqaya başlayan sarı-qırmızılılar, mövsüm boyu yarışda 33 qalibiyyət və 3 bərabərlik qarşılığında xal bonusundan 85,9 milyon TL qazanıb.
Liqada 24-cü dəfə xoşbəxt sona çatan Aslan, "Çempionlar payı"ndan (hər çempionat üçün 3.375 milyon TL) cəmi 81 milyon TL alıb və bu mövsüm liqanı zirvədə bitirdiyi üçün 39.8 milyon TL-ni cibinə atıb.
Bu mövsüm kassaya daxil edilən ümumi məbləğ 245 milyon TL-ə çatıb. 24-cü çempionluğunu qazanan "Qalatasaray" Nəhənglər Liqasında pley-offa yüksələcək.
Qeyd edək ki, sarı-qırmızılılar qruplara düşsələr, onlara 18,6 milyon Avro (651 milyon TL) açılış pulu və təxminən 13 milyon Avro (455 milyon TL) yayım gəliri zəmanət veriləcək.
Beləliklə, "Qalatasaray"ın xəzinəsinə Nəhənglər Liqası və yayım gəlirlərindən 1 milyard 350 milyon TL-dən çox vəsait daxil olacaq.
Günel Məlikzadə