24 il sonra ilk: Makron Almaniyada
    • 27-05-2024, 15:05
    • 178

24 il sonra ilk: Makron Almaniyada

Avropa Birliyinin (Aİ) iki böyük gücü gələn ay keçiriləcək Aİ parlament seçkiləri ərəfəsində birlik nümayiş etdirməyə çalışarkən, Fransa prezidenti Emanuel Makron üç günlük rəsmi səfər üçün Almaniyaya gedib.

News24.az xəbər verir ki, Makronun paytaxt Berlinə, şərqdə Drezdenə və qərbdə Münsterə səfəri Fransa prezidentinin 24 ildən sonra Almaniyaya ilk səfəridir.

Qeyd edək ki, Makron Bellevue sarayında Almaniya prezidenti Frank-Valter Ştaynmayer tərəfindən qarşılanıb.

"Bu rəsmi səfər Avropa üçün mühüm məqama təsadüf edir", - Makron jurnalistlərə deyib.

Səfər Ukrayna müharibəsindən tutmuş noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər Avropa üçün böyük çətinliklərin olduğu bir vaxtda Almaniya-Fransa münasibətlərinin sağlamlığının yoxlanılması kimi xidmət edir.

Onu da bildirək ki, Ştaynmayerlə görüşən Makron həyat yoldaşı Bricit Makron ilə Berlinin simvolik məkanlarından biri olan Brandenburq qapısı boyunca Berlin meri Kay Vengerlə birlikdə gəzəcək, daha sonra şərqdəki Drezden şəhərinə gedəcək.

İkinci Dünya Müharibəsi zamanı bombardman nəticəsində dağıdılan Drezdendəki Frauenkirche kilsəsi qarşısında çıxış edəcək Makron çərşənbə axşamı Münster şəhərinə gedəcək.

Günel Məlikzadə