-
- 27-05-2024, 20:27
- 478
Nazilədən qadınları QICIQLANDIRAN SÖZLƏR
“Kişinin xəyanətinə göz yumaram, bunu onun üzünə vurmaram”.
News24.az Yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli “Dəyişən cavab” verilişində deyib.
Şairə “Həyat yoldaşınız sizə xəyanət etsə, neyləyərsiniz” sualını cavablandırıb:
“Həyat yoldaşım mənə xəyanət etsə, görməzdən gələrəm, üzünə vurmaram. Buna görə özümü alçaltmaram. Günahı da özümdə görərəm. Demək, mən onu nə qədər boş buraxmışam ki, o hərəkəti edib”.
Dost xəyanətini isə heç vaxt bağışlamadığını bildirib:
“Dostun xəyanətini bağışlamıram. Bir dəfə eləsə, demək ki, ikinci dəfə də edəcək. Və mən xaraktercə “terapevt” deyiləm, “cərraham”, müalicə ilə işim yoxdur, bir şeydən gözüm su içmirsə, kəsib atıram”.