"Mançester Yunayted" futbolçusunu satdı
    • 27-05-2024, 21:27
    • 206

"Mançester Yunayted" futbolçusunu satdı

"Mançester Yunayted" futbolçusu Alvaro Karreras Fernandezi satıb.

News24.az qol.az-a istinadla xəbər verir ki, 21 yaşlı müdafiəçi cari mövsümün 2-ci hissəsində icarə əsasında çıxış etdiyi "Benfika"ya birdəfəlik transfer rolunub. Bu barədə klubun saytı məlumat yayıb. Futbolçu ilə 5 illik müqavilə imzalanıb.

"Mançester Yunayted" bu transferdən 6 milyon avro qazanıb.

Alvaro 6 ay ərzində Portuqaliya çempionatında 16 matça çıxıb, 1 qol vurub və 1 qolun ötürməsini verib.