"Qalatasaray"a qayıtdı
    • 27-05-2024, 17:44
    • 204

"Qalatasaray"a qayıtdı

Başakşehir Leo Dubois ilə yollarını ayırıb.

News24.az xəbər verir ki, narıncı-göylər Duboisi mövsümün əvvəlində icarə əsasında heyətinə qatıb. Başakşehir müqaviləsi başa çatan fransız sağ cinah müdafiəçisinin gedişi ilə bağlı bu açıqlamanı verib:

"Mövsümün əvvəlindən narıncı-göy rəngli formamızın altında uğurla çıxış edən Leo Dübuanın icarə müqaviləsi başa çatıb. Fransız futbolçuya klubumuz üçün göstərdiyi səylərə görə təşəkkür edir, qalan hissədə ona uğurlar arzu edirik".

Leo Dubois Başakşehirdə 31 matçda meydana çıxıb. 1 qol və 7 məhsuldar ötürmə ilə komandasına töhfə verib.

Qeyd edək ki, "Qalatasaray"a qayıdan 29 yaşlı futbolçunun sarı-qırmızılı klubla daha bir il müqaviləsi var.

Günel Məlikzadə