Mert Hakan Yandaşdan mesaj
    • 15-02-2024, 16:44
    • 139

Mert Hakan Yandaşdan mesaj

2020-2021 mövsümündə "Sivasspor"dan "Fənərbağça"ya transfer olunan Mert Hakan Yandaşın sarı-göylülər komandası ilə mövsümün sonunda müqaviləsi başa çatacaq.

News24.az xəbər verir ki, karyerasını “Fənərbağça”da davam etdirmək istəyən Mert Hakan rəhbərlikə mövsümün sonuna qədər gözləyəcəyini və heç bir komanda ilə görüşməyəcəyini bildirib.

29 yaşlı yarımmüdafiəçi bu mövsüm 16 matçda meydana çıxıb və 676 dəqiqə meydanda olub. 

Mert Hakan Yandaş bu müddətdə 1 qol və 5 məhsuldar ötürmə ilə çıxış edib.

Günel Məlikzadə