Qayıq batdı: ÖLƏNLƏR VAR
    • 27-05-2024, 18:57
    • 235

Qayıq batdı: ÖLƏNLƏR VAR

Tuvanın Todjinski rayonunda Xamsara çayında 3 nəfərin olduğu qayıq batıb.

News24.az xəbər verir ki,  bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində  2 nəfər həlak olub. Qayıqda olan insanların hara getdiyi açıqlanmayıb.

İtkin düşənlərin axtarışı zamanı iki cəsəd tapılıb, üçüncünün taleyi naməlum olaraq qalır. Qayığın batma səbəbi məlum deyil. Araşdırma aparılır.

Mehriban Mirzəzadə