-
- 15-03-2024, 16:30
- 236
Miqrantları daşıyan qayıq batdı: 21 ölü
Çanaqqalanın Eceabat rayonu sahillərində qeyri-qanuni mühacirləri daşıyan qayıq batıb.
News24.az xəbər verir ki, bu barədə “TRT HABER” məlumat yayıb.
Məlumata görə, Çanaqqala valisi İlhami Aktaş rezin qayığın Eceabat sahillərində batdığını və bölgədə olduğunu bildirib.
Qayığın gecə batdığını və səhər saatlarında hesabat verildiyini bildirən Aktaş, gəmidə neçə nəfərin olduğu ilə bağlı etibarlı məlumatlı olmadığını vurğulayıb.
“Ölənlərin sayını müəyyənləşdirməyə çalışırıq. Sağ qalanlarla sorğular aparılır. Bəzi ziddiyyətli məlumatlar var”,- deyə Aktaş deyib.
Qeyd edək ki, hadisə nəticəsində ölən 5-i uşaq 21 nəfərin cəsədi tapılıb.
Mehriban Mirzəzadə