-
- 23-10-2023, 13:22
- 220
“Netanyahu orduya qarşı sübutlar toplayır" - SƏBƏB
İsrailin baş naziri Binyamin Netanyahu İsrail ordusunu HƏMAS-ın hücumunu təxmin edə bilməməkdə ittiham edib.
News24.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Netanyahu HƏMAS-ın 7 oktyabr hücumunu proqnozlaşdıra bilmədiyi üçün orduya qarşı dəlillər toplayaraq məsuliyyətdən yayınmağa və məsuliyyəti ordunun üzərinə qoymağa çalışır.
Qeyd edək ki, İsrailli analitiklər həmçinin İsrail təhlükəsizlik xidmətlərinin hücumu proqnozlaşdıra bilməməsini “siyasi əks-səda doğuracaq fəlakətli uğursuzluq” kimi qiymətləndirirlər.
Ülkər Abdurahmanlı