"Qalatasaray"dan Fatih Terimə CAVAB
    • 28-05-2024, 09:50
    • 288

"Qalatasaray"dan Fatih Terimə CAVAB

Fatih Terim "Qalatasaray"ı Super Liqada 24-cü çempionluğu münasibətilə təbrik edib. 

News24.az xəbər verir ki, Terim sosial media hesabındakı paylaşımında "Sizi bütün mövsüm qürurla izlədim. Hamınızın alnından öpürəm. 24-cü Çempionat bütün ictimaiyyətimizə xeyirli olsun" deyib.

"Qalatasaray" klubu da Fatih Terimin sosial media hesabından yazdığı mesaja "Sağ ol İmperator" sözləri ilə cavab verib.

Günel Məlikzadə