Çağlar Söyüncü "Fənərbağça" azarkeşlərindən üzr istədi
    • 12-04-2024, 12:36
    • 393

Çağlar Söyüncü "Fənərbağça" azarkeşlərindən üzr istədi

UEFA Avropa Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Fənərbaxça" "Olimpiakos"a 3:2 hesabı ilə uduzub.

News24.az xəbər verir ki, qarşılaşmanın 8-ci dəqiqəsində Çağlar Söyüncünün ötürmə xətasına yol verməsi sarı-göylülərin 1:0 hesablı geriləməsinə səbəb olub.

Milli futbolçu matçdan sonra üzrxahlığını paylaşaraq bütün məsuliyyəti öz üzərinə götürdüyünü açıqlayıb.

Çağlar Söyüncünün paylaşımında aşağıdakı ifadələr yer alıb;

"Böyük Fənərbaxça azarkeşlərindən, klubumdan və komanda yoldaşlarımdan üzr istəyirəm. Matçın bütün məsuliyyəti biz futbolçuların üzərinə düşür. Bu gün bu məsuliyyəti öz üzərimə götürürəm və böyük Fənərbaxça ailəsindən bir daha üzr istəyirəm".

Günel Məlikzadə