Ukraynada yüzlərlə dusdaq orduya çağırıldı
    • 28-05-2024, 18:40
    • 191

Ukraynada yüzlərlə dusdaq orduya çağırıldı

Ukraynanın ədliyyə naziri Denis Malyuşka ölkədə 600-dən çox məhbusun şərti azadlığa buraxıldığını və orduya qoşulduğunu və hücum bölmələrində xidmət edəcəklərini bildirib.

News24.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

"Hazırda onlar hücum bölmələrində xidmət edəcəklər, bunlar yalnız indiyədək cəzasını çəkmiş şəxslərdən ibarət bölmələr olacaq. Yəni, digər hərbi qulluqçularla qarışmayacaq monolit birləşmələr olacaq. Hazırda 613 məhbus cəzaçəkmə müəssisəsini tərk edərək ordu sıralarına qatıldığını, hazırda müvafiq təlimlər keçdiklərini və gələcəkdə hücum bölmələrində xidmət edəcəklərini deyib”,- deyə Malyuşka qeyd edib.

Mehriban Mirzəzadə