Ailə faciəsi: Ana və atasını öldürdü..
    • 29-05-2024, 10:46
    • 388

Ailə faciəsi: Ana və atasını öldürdü..

İzmirin Torbalı rayonunda evə gələn K.Y. anası Sevilay Yılmaz və atası Hikmət Yılmazla naməlum səbəbdən mübahisə edib.

News24.az xəbər verir ki, mübahisə böyüyüb, K.Y yanında olan silahla valideynlərini vurub.

Daha sonra isə K.Y intihara cəhd edib.

Silah səslərini eşidən qonşuların xəbəri üzərinə hadisə yerinə təcili yardım və polis qrupları sövq edilib.

Bildirək ki, Sevilay Yılmaz və Hikmət Yılmazın həyatını itirdiyi müəyyən edilib.

Qeyd edək ki, xəstəxanada müalicə alan K.Y.-nin həyati təhlükəsinin hələ də davam etdiyi öyrənilib.

Günel Məlikzadə