Arvadını tapança ilə vurdu
    • 27-05-2024, 23:59
    • 252

Arvadını tapança ilə vurdu

Tekirdağın Çorlu rayonunda boşanma prosesində olan Səməd K. (33) və Məltəm K. (26) Zafer rayonunda görüşüb və aralarında mübahisə düşüb.

News24.az xəbər verir ki, mübahisə zamanı Səməd K. arvadını tapança ilə vurub.

Ətrafdakı vətəndaşların xəbəri üzərinə əraziyə polis və tibb işçiləri sövq edilib.

Yaralı qadın həkimlər tərəfindən xəstəxanaya aparılıb. Müalicə altında olan qadının həyatının təhlükədə olduğu öyrənilib.

Polis qrupları hadisə yerindən qaçan şübhəlinin tutulması üçün əməliyyat başladıb.

Günel Məlikzadə