25 yaşlı gənc ata-anasını qətlə yetirdi
    • 29-05-2024, 12:24
    • 456

25 yaşlı gənc ata-anasını qətlə yetirdi

Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda dəhşətli hadisə baş verib.

News24.az azerforum-a istinadla xəbər verir ki, narkotik aludəçisi olduğu deyilən Kamil Yılmaz  anası Sevilay Yılmaz  və atası Hikmət Yılmaz ilə naməlum səbəbdən mübahisə etməyə başlayıb.

Ailədə gərginlik artdıqca dəli olan Kamil Yılmaz yanında olan silahla valideynlərini dəfələrlə güllələyib.

Hadisədə bədənlərinin müxtəlif yerlərindən aldıqları güllələrdən ağır yaralanan Yılmaz cütlüyü qan içində yerə yıxılıb. 

Hadisə baş verən zaman evdə olan Yılmaz cütlüyünün qızı 112 Təcili Zəng Mərkəzinə zəng edərək vəziyyəti xəbər verib. Hadisə yerinə təcili yardım və polis gəlib.

Sevilay və Hikmətin həyatını xilas etmək mümkün olmayıb.

Qatil isə təcili yardıma çatdırılaraq Torbalı Dövlət Xəstəxanasına aparılıb.