Cem Yılmaz açıqladı
    • 21-05-2024, 22:40
    • 174

Cem Yılmaz açıqladı

Cem Yılmaz, Özge Özberk, Özkan Uğur, Rasim Öztekin, Ozan Güven və Şafak Sezerin rol aldığı G.O.R.A filmi ilk dəfə 2004-cü ildə ekranlara çıxıb.

News24.az xəbər verir ki, Cem Yılmaz G.O.R.A-nın davamının çəkiləcəyini açıqlayıb.

Cem Yılmaz sosial media hesabında "Üzr istəyirəm, daha səbirsizlənirəm. 20 ildən sonra gələn dad!" deyərək müjdə verib.

Filmin posterini paylaşan Cem Yılmaz filmin adının "GORA 4 GORA" olacağını açıqlayıb.

Günel Məlikzadə