İki yaşlı uşaq oğurlandı - VİDEO
    • 29-05-2024, 13:35
    • 205

İki yaşlı uşaq oğurlandı - VİDEO

Rusiyanın Yaroslavl şəhərində iki yaşlı qız uşaq meydançasından oğurlanıb.

News24.az xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları, yerli sakinlər və könüllülər gecə saatlarından Milana Medvedevanı axtarıblar.

Uşağın Moskva vilayətinin sakini tərəfindən qaçırıldığı bildirilib.

Azyaşlını anasının tanışının qaçırdığı qeyd edilib.

Yerli İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi açıb.

Teymur MƏMMƏDOV