-
- 26-12-2023, 11:11
- 425
Uşaq bağçasında DƏHŞƏT: Tapdığı insulin şprisi ilə...
Moskvada altı yaşlı qız uşaq bağçasının ərazisində tapdığı şprislə özünə sancıb.
News24.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Hadisə Orexovo-Zuevdəki uşaq bağçalarından birində baş verib. Uşağın xəsarət aldığını görən müəllim həkimə müraciət edib, qız sağ biləyindən və əlindən iynə vurması xəsarəti ilə orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, şprisdə insulin dozası olub.
Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.
Nəzrin