Pişiyə rinoplastika etdilər
    • 29-05-2024, 14:11
    • 266

Pişiyə rinoplastika etdilər

Şotland pişiyi Yulaf rahat nəfəs ala bilmədiyi üçün sahibi Ataberk Dursun baytar İbrahim Özmenə müraciət edib.

News24.az xəbər verir ki, Özmen müayinələri zamanı burun quruluşu dar olan pişiyə burun əməliyyatı etmək qərarına gəlib.

Qeyd edək ki, uğurlu əməliyyat keçirən Yulaf əməliyyatdan sonra sağlamlığına qovuşub.

Özmen əməliyyatla Yulafın burun keçidlərini genişləndirdiklərini söyləyib.

Günel Məlikzadə