-
- 27-03-2024, 12:48
- 360
Rinoplastikadan sonra bunlara diqqət edin
Estetik və Rekonstruktiv Cərrahiyyə Mütəxəssisi Op., inkişaf etdirilən yeni üsullarla rinoplastika əməliyyatının köhnə üsullara nisbətən çox daha asan olduğunu ifadə etdi. Dr. Menekşe Kastamoni isə əməliyyatdan sonra diqqət edilməsi lazım olan bir çox məqam olduğunu bildirib.
News24.az xəbər verir ki, Kastamoni, “Burun estetik əməliyyatı olan rinoplastika həm tənəffüs problemi, həm də görmə problemi olan xəstələrə edilir. Rinoplastikadan sonra üzdə böyük dəyişikliklər müşahidə oluna bilər. Əməliyyatdan sonra nəzərə alınmalı bəzi məqamlar var" deyib.
- Ümumiyyətlə, rinoplastika əməliyyatından sonra ağır idmandan uzaq olmaq lazımdır. 1 həftə sonra sadə gəzinti kimi məşqlər edilə bilər.
- Əməliyyatdan sonra siqaret çəkilməməlidir, çünki bu, sağalma prosesinə mənfi təsir göstərir.
- Əməliyyatdan sonra ən azı 2 həftə spirt qəbul edilməməlidir.
- Təxminən 7-10 gün ərzində başınızı 45 dərəcə bucaq altında yatmalısınız.
- Əməliyyatdan sonrakı burun baxımı və yuyulması üçün verilən spreylər və dərmanlar mütəmadi olaraq və həkiminizin göstərişi əsasında istifadə edilməlidir.
- Əməliyyatdan sonra qan durulaşdıran dərmanlar, qida və içkilərdən uzaq durmaq lazımdır.
Əməliyyatdan sonra göz ətrafında şişlik (ödem) və göyərmələrin olması normaldır. Bunlar yaxın günlərdə azalıb yox olacaq. "Daha sürətli sağalmaq üçün başınızı yuxarı qaldıraraq uzana bilərsiniz, xüsusilə ilk 24 saat ərzində buruna təzyiq etmədən buz tətbiq etmək olar" deyə xəbərdarlıq edib.
Günel Məlikzadə