-
- 29-05-2024, 22:10
- 290
Tərk edilmiş binada meyit tapıldı
İstanbulda iki mərtəbəli tərk edilmiş binanın girişində meyit olduğunu görənlər polis qruplarına xəbər verib.
News24.az xəbər verir ki, hadisə yerinə tibb və polis işçiləri sövq edilib. Həkim qrupları bədənində heç bir kəsik və güllə yarası olmayan şəxsin öldüyünü müəyyən edib.
Qeyd edək ki, araşdırma zamanı həyatını itirən şəxsin 60 yaşlı Hüseyn Buzluca olduğu müəyyən edilib.
Günel Məlikzadə