"Ərazidə muzdlular var” - Putin
    • 29-05-2024, 16:41
    • 120

"Ərazidə muzdlular var” - Putin

Rusiya Prezidenti Vladimir Putin Fransa qoşunlarının Ukraynaya göndərilməsi haqqında Ukrayna ordusunun Baş Komandanı Oleksandr Sirskinin sözlərini şərh edərək cavab verib.

RTV bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

Putin bu barədə Özbəkistana səfərinin yekunlarına dair mətbuat konfransı zamanı bildirib.

“Təəssüf ki, Aleksandr Qriqoryeviç Ukraynada hərbçilərə komandanlıq etmir. Əgər komandanlıq etsəydi, qarşılıqlı razılaşma ilə bu münaqişəni çoxdan başa çatdırardıq. Ukraynaya Avropada və ya xaricdə öz sahiblərinin maraqlarını yox, milli maraqlarını rəhbər tutan insanlar rəhbərlik etsəydi, biz Ukrayna ilə razılığa gələrdik. Ukraynada muzdluların olduğuna və ya ola biləcəyinə gəlincə, biz bunu yaxşı bilirik, burada yeni bir şey yoxdur. İndi Ukraynaya hərbçilərin gələ biləcəyini söyləməsi yenilik deyil. Efirdə ingilis, fransız, polyak nitqlərini eşidirik. Biz bilirik ki, onlar oradadır. Ərazidə muzdlular var”, - deyə Putin bildirib.

“Uzun mənzilli yüksək dəqiqlikli silahlar məsələsi var idi. Bu silahı kim idarə edir, ona kim xidmət edir? Əlbəttə ki, bu təlimatçılar muzdlulardır. Onlar itki verirlər. Bəlkə də bu bəyanat bu itkiləri gizlətmək üçündür. Buna görə də, bəlkə də onların rəsmi olaraq orada olduğunu göstərməyin vaxtı gəldi ki, bu itkilər də real, qanuni şəkildə göstərilsin", - Prezident əlavə edib.