Məşhurlar dünyasının ən zəngin qadınları
    • 29-05-2024, 22:40
    • 179

Məşhurlar dünyasının ən zəngin qadınları

ABŞ-ın “Forbes” jurnalı Amerikanın ən zəngin qadınlarını açıqlayıb. Bir çox məşhur adlar, təşəbbüsləri və sənayedəki uğurları ilə sərvətlərini artıran qadınları siyahıya alan Forbes siyahısına daxil edilib.

News24.az xəbər verir ki, məşhur aparıcı Opra Uinfri 3 milyard dollarlıq sərvəti ilə 14-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, dəbdəbəli moda markaları ilə işbirliyi ilə tez-tez gündəmə gələn realiti-şou ulduzu və sahibkar Kim Kardaşyan 1,7 milyard dollarlıq sərvəti ilə 21-ci yerdə qərarlaşıb.

Eyni zamanda SavageX Fenty adlı alt paltarı və Fenty Beauty adlı gözəllik markası olan Rihanna 1,4 milyard dollar gəlirlə dünyanın ən zəngin qadınları siyahısındadır.

Müğənni siyahıda 23-cü yeri tutmağı bacarıb.

Bildirək ki, musiqi karyerası boyunca bir çox rekordlar qıran və aldığı mükafatlarla tarixə düşən amerikalı müğənni Taylor Sviftin sərvəti 1,3 milyard dollardır. Svift siyahıda 24-cü yerdə qərarlaşıb.

Bu yaxınlarda Renaissance adlı dünya turu ilə pərəstişkarları ilə görüşən Beyons siyahıda 45-ci yerdə qərarlaşıb.

Forbes-in məlumatına görə, müğənninin ümumi sərvəti 760 milyon dollardır.

“Keeping Up with The Kardashians” realiti şousu ilə dünyada böyük fenomenə çevrilən Kardaşyan/Cenner klanının ən gənc üzvü Kylie Jenner də bu il siyahıdadır.

Cenner 710 milyon dollar sərvəti ilə 47-ci yerdə qərarlaşıb.

2022-ci ildə “rigid şəxs sindromu”ndan əziyyət çəkən müğənni Selin Dion 550 milyon dollarlıq sərvətlə 59-cu yerdədir.

Günel Məlikzadə