-
- 25-10-2019, 00:40
- 1 194
"Forbes"da ən zəngin qadınlar sırasında milyarder Vahid Ələkbərovun xanımı da var
"Forbes" jurnalı Rusiyanın ən zəngin 25 qadınının yeni reytinqini açıqlayıb.
News24.az xəbər verir ki, siyahıda Azərbaycanlı iş adamı, milyarder Vahid Ələkbərovun xanımı Larisa Ələkbərova isə 180 milyon dollar sərvətlə reytinqdə 23-cü yerdə qərarlaşıb. O, şirkətdə kiçik bir səhmə sahibdir, lakin il ərzində neft şirkətinin dəyəri öz səhmlərinin yenidən satın alınması ilə əlaqədar artıb.
Bildirilir ki, ilk yerdə "İnteko” investisiya- tikinti korporasiyasının keçmiş sahibi, eləcə də "Qazprom” və "Sberbank”ın səhmdarı Yelena Baturinadır. O, 1,2 milyard dollar sərvətin sahibidir
İkinci yerdə 1 milyard dollarla "Wildberries” internet-mağazanın sahibi Tatyana Bakalçuk qərarlaşıb. Sankt-Peterburqdan olan milyarder Yuri Kovalçukun xanımı Tatyana Kovalçuk 600 milyon dollarlıq sərvəti ilə siyahıda üçüncü yerdədir. Kovalçuklar ailəsi həmçinin prezident Vladimir Putinə yaxınlığı ilə seçilir.