Almaniyada inflyasiya yenidən yüksəldi
    • 29-05-2024, 17:07
    • 407

Almaniyada inflyasiya yenidən yüksəldi

Almaniya Federal Statistika İdarəsi (Destatis) may ayı üzrə istehlak məhsullarının qiymət artımı ilə bağlı ilkin məlumatları açıqlayıb.

News24.az xəbər verir ki, Almaniyada aprel ayında 2,2% olan illik inflyasiya may ayında 2,4%-ə yüksəlib. Belə ki, Avropa Mərkəzi Bankının (AMB) gələn həftə gözlənilən faiz dövrünə az qalmış Avropanın ən böyük iqtisadiyyatına malik ölkədə inflyasiya səviyyəsi yenidən artıb.

Bazarlarda gözlənti may ayında inflyasiyanın 2,4 faizə çatacağı olub. Ölkədə inflyasiyanın səviyyəsi aylıq olaraq 0,1 artıb.

Aİ uyğun CPI may ayında əvvəlki aya görə 0,2%, illik bazda isə 2,8% artıb. Aİ-yə uyğun gələn CPI aprel ayında illik 2,4 faiz olaraq qeydə alınıb.

Qeyd edək ki, ölkədə ərzaq və enerji məhsulları nəzərə alınmadan hesablanan baza inflyasiyası aprel ayında da səviyyəsini qoruyub və may ayında 3 faizə çatıb.

Bununla yanaşı, ötən il ölkədə inflyasiyanın ən böyük müəyyənedicisi olan ərzaq məhsullarının qiymətləri may ayında bir il əvvələ nisbətən 0,6 faiz artıb, enerji məhsulları isə 1,1 faiz ucuzlaşıb.

Digər tərəfdən, investorlar, faiz dərəcələrindəki ən geniş silsilə artımlar inflyasiyanı bankın 2 faizlik hədəfinin bir qədər yuxarı səviyyəyə endirməsindən sonra, 6 iyunda keçiriləcək İdarəetmə Şurasının iclasında ECB-nin siyasət faizini 25 baza bəndi azaldacağını gözləyirlər.

Günel Məlikzadə