Bu ölkədə temperatur REKORD HƏDDƏ ÇATDI
    • 29-05-2024, 17:54
    • 280

Bu ölkədə temperatur REKORD HƏDDƏ ÇATDI

Hindistanın paytaxtında havanın temperaturu iki gündə ikinci dəfə rekord qıraraq 52,3 dərəcəyə çatıb.

News24.az xəbər verir ki, bu barədə  Hindistan Meteorologiya Departamenti bildirib.

Məlumata görə, bir gün əvvəl Hindistan paytaxtında havanın temperaturu yeni rekord vuraraq, çərşənbə axşamı 49,9 dərəcəyə çatıb ki, bu da ilin bu vaxtı normadan 9 dərəcə yüksəkdir. Əvvəllər Dehlidə indiyə qədər qeydə alınan ən yüksək temperatur 2022-ci il mayın 15-16-da müşahidə edilən 49,2 dərəcə Selsi olub.

Met Office, ölkə paytaxtında isti dalğasının yaxın bir neçə gün ərzində davam edəcəyini söyləyib və insanlara günəşdə qalma müddətini minimuma endirməyi tövsiyə edib.

Mehriban Mirzəzadə