-
- 29-05-2024, 23:30
- 16 443
DİN-dən bu şəxslə bağlı əhaliyə MÜRACİƏT
Daha bir bank kartlarından oğurluq halı qeydə alınıb.
Bu barədə News24.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müxtəlif vaxtlarda 7 nəfərin bank kartlarından 300, 900, 50, 320, 125, 338 və 100 manat olmaqla ümumilikdə 2133 manat pul vəsaitlərinin talanması barədə polisə məlumatlar daxil olub:
"Həyata keçirilən tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, dələduzluğa görə axtarışda olan 21 yaşlı Raqif Məmmədov saxlanılıb. Araşdırmalarla onun "Tik-Tok" sosial şəbəkəsində həmin şəxslərin kart məlumatlarını dələduzluq yolu ilə ələ keçirərək pul vəsaitlərini talaması məlum olub".
Məlumata görə, saxlanılan şəxs eyni üsulla daha 23 nəfərin pul vəsaitlərini talayıb: "Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir. Onun əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər".