Əməkdar artist dünyasını dəyişdi - FOTO
    • 30-05-2024, 12:28
    • 4 197

Əməkdar artist dünyasını dəyişdi - FOTO

Teatr mütəxəssisi, ədəbiyyat və teatrşünas, sənətşünaslıq doktoru, professor, Rusiya Federasiyasının əməkdar artisti İnna Solovyova 96 yaşında vəfat edib.

News24.az xəbər verir ki, bu baradə Moskva İncəsənət Teatr Məktəbinin Telegram kanalı məlumat yayıb.

Məktəbin mətbuat xidməti yazıb:

"Bu gün Moskva İncəsənət Teatr Məktəbinin elmi-tədqiqat sektorunun müdiri, görkəmli tənqidçi, tarixçi, Moskva İncəsənət Teatrına - onun xalqına, tarixinə, ideyasına həsr olunmuş bir çox fundamental əsərlərin müəllifi İnna Natanovna Solovyova vəfat edib". 

Qeyd edək ki, Solovyova ilə vida mərasimi Moskva İncəsənət Teatrında (MAT) baş tutacaq, tarix və vaxt daha sonra açıqlanacaq.

Onu da bildirək ki, İnna Solovyova 1927-ci il noyabrın 16-da dramaturq Natan Bazilevski-Blyumkinin ailəsində anadan olub. GİTİS-in teatrşünaslıq fakültəsinin aspirantı olub. O, Solovyova 1954-cü ildən “Sovet mədəniyyəti” qəzetində, eləcə də “Teatr” və “Yeni dünya” jurnallarında məqalələrlə çıxış edib.

1967-ci ildən Konstantin Stanislavski və Vladimir Nemiroviç-Dançenkonun irsinin tədqiqi və nəşri üzrə komissiyanın daimi üzvüdür.

Eyni zamanda,  Solovyova Moskva İncəsənət Teatr Məktəbində rus teatrının tarixindən dərs demiş, həmçinin GİTİS-də teatr tənqidi seminarına rəhbərlik edib.

Günel Məlikzadə