-
- 30-05-2024, 11:35
- 192
Aİ Macarıstanın Baş nazirini bu səbəbdən cəzalandırır
Avropa İttifaqının bir sıra ölkələrinin başçıları Macarıstanın baş naziri Viktor Orbanı Avropa Komissiyasında (AK) Macarıstan üzrə nüfuzlu vəzifələrin sayını azaltmaqla Ukrayna ilə bağlı tutduğu mövqeyə görə cəzalandırmaq niyyətindədirlər.
News24.az xəbər verir ki, bu barədə Avropanın Politico nəşri xəbər verir.
Aİ hesab edir ki, Macarıstan üçün Aİ-də mühüm postların saxlanılmasından söhbət gedə bilməz. Xüsusilə, Aİ macar diplomat Oliver Varhelinin Aİ-nin Genişlənmə və Qonşuluq Siyasəti üzrə Avropa Komissarı vəzifəsinə yenidən təyin olunmasına icazə verməyəcək.
Qeyd edək ki, dəfələrlə Orban tərəfindən tənqid edilən AK rəhbəri, Ursula fon der Leyen də Macarıstanın Aİ-də təmsilçiliyinin azaldılmasının tərəfdarıdır.
Orban ümid edir ki, Qərb Ukraynaya qoşun yeritməkdən və Rusiyadakı hədəfləri vurmaq üçün istifadə oluna biləcək silahları Kiyevə ötürməkdən çəkinəcək. Macarıstan dəfələrlə Aİ vasitəsilə Kiyevə hərbi yardım tranşlarının ayrılmasına mane olub.
Mehriban Mirzəzadə