-
- 9-01-2024, 16:43
- 169
Orban Ukrayna ilə bağlı şərtini açıqladı: "Bir şərtlə ki..."
"Macarıstan Avropa Birliyindən (AB) Ukraynaya 50 milyard avro məbləğində yardım paketinə qoyduğu vetonu aradan qaldıra bilər, amma bir şərtlə ki, maliyyələşməyə hər il yenidən baxılsın".
News24.az xəbər verir ki, bu barədə AB-nin diplomatik mənbələrinə istinadla “Politico” məlumat yayıb.
Rəsmi Budapeşt Brüsselə bildirib ki, Avropa Şurasının illik əsasda vəsaitin ayrılmasına dair səsverməni təsdiqləməsi şərtilə vetonu ləğv edə bilər. Nəşr yazır ki, belə bir boşluq Macarıstan Baş naziri Viktor Orbana Brüssellə müəyyən məsələlərdə sövdələşməyə imkan verəcək.
Macarıstan artıq təklifini Belçika vasitəsilə AB Şurasına göndərib.
Orbanın təklifinə əsasən, AB Ukraynaya hər il qrant və kredit şəklində 12.5 milyard avro verəcək ki, bu da 4 ildən sonra AB-nin vədini verdiyi 50 milyard avronun Kiyevə ötürülməsi demək olacaq.
Ukraynanın AB-dən maliyyələşdirilməsi məsələsi gələn həftə müzakirə olunacaq.
Macarıstanın vetosundan sonra AB Ukraynaya 20 milyard avroya qədər yeni yardımın ayrılması üçün ehtiyat plan hazırlayır.
Ayşən