Azərbaycanda uşaqların sayı sürətlə azalır - STATİSTİKA
    • 30-05-2024, 12:51
    • 194

Azərbaycanda uşaqların sayı sürətlə azalır - STATİSTİKA

Azərbaycanda uşaqların sayı azalıb.

News24.az Metbuat.az-a istinadla bildirir ki, bu barədə məlumat Bakı Tədqiqat İnstitutunun 2005-2022-ci illəri əhatə edən hesabatında yer alıb.

Belə ki, 2005-ci ildə əhalinin 31.8%-i 17 yaşına qədər uşaqlar təşki edirdisə, 2022-ci ildə bu göstərici 26.3%-ə düşüb.

Azalma özünü daha çox qız uşaqlarında göstərir. Bu müddətdə oğlan uşaqlarının sayı 2.1% artdığı halda qızların sayı 6% azalıb. Bununla da oğlan və qız uşaqları arasındaki gender fərqi 2.5%-dən 3.7%-ə yüksəlib.

2005-2022-ci illərdə 0-17 yaşlı uşaqlarının sayının azalması nəticəsində uşaq kitabxanalarının, teatrlarının, dərnək və kollektivlərin, uşaq sanatoriyalarının sayı da azalıb.