-
- 30-05-2024, 14:02
- 364
Köçəryan gizli şəkildə yeni partiya yaratdı
Mayın 28-də İrəvanda "İrəli" partiyasının mətbuata qapalı təsis qurultayı baş tutub.
News24.az publika.az-a istinadən xəbər verir ki, Ermənistan mətbuatı partiyanın Xocalı qatili Robert Köçəryan tərəfindən yaradıldığını bildirir. Baxmayaraq ki, Köçəryan özü prosesi kənardan müşahidə edir.
Qurultaydan sonra təsisçilərdən biri Narek Mantaşyan bu məlumatı təkzib etməyə çalışıb: "Robert Köçəryanın bu partiya ilə heç bir əlaqəsi yoxdur".
"Hraparak" yazır ki, Köçəryanın partiya ilə əlaqəsi onun tərəfdarlarının qurucu üzvlər arasında olmasıdır. Onlardan biri Sevak Xaçatryandır (Sakulik kimi tanınır), o, vaxtilə ASTU-nun tələbə şurasının prezidenti, prorektor olub, indi isə Eçmiədzin Ağsaqqallar Şurasının fraksiya rəhbəridir. Hovhannes Arutyunyan, ASTU tələbə şurasının prezidenti, "Ermənistan" alyansının tərəfdarıdır. O da Köçəryanın adamı kimi tanınır. Bir sıra səs-küylü işlərdə müxalifəti müdafiə edən vəkil Aleksandr Koçubayev də partiyaya üzv olub.