Parlamentdə  Paşinyanla Köçəryan arasında dava düşdü
    • 17-01-2024, 19:00
    • 242

Parlamentdə Paşinyanla Köçəryan arasında dava düşdü

Ermənistan parlamentinin iclasında baş nazir Nikol Paşinyanla ölkənin sabiq prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan arasında söz davası olub.

News24.az xəbər verir ki, bu barədə erməni mətbuatında məlumat yayılıb.

Parlament iclasında Köçəryan Paşinyana "sən" deyə müraciət edərək, onun təhlükəsizlik siyasətinin iflasa uğradığını bildirib.

Bu, hakim partiyanın deputatlarının emosional reaksiyasına səbəb olub.

N.Paşinyan L.Köçəryandan daha diqqətli danışmağını tələb edib.

Mehriban Mirzəzadə