Köçəryan Ermənistandan qaçdı - VİDEO
    • 3-04-2024, 12:22
    • 493

Köçəryan Ermənistandan qaçdı - VİDEO

Ermənistanın ikinci prezidenti, Xocalı qatili Robert Köçəryanın tərəfdarları və komanda yoldaşları liderlərinin aktiv siyasətdən getmədiyini, onun komandadaxili prosesləri idarə etdiyini inkar etməyə çalışırlar. Amma reallıq budur ki, Köçəryan siyasətdən uzaqlaşıb.

News24.az publika.az-a istinadən xəbər verir ki, Köçəryan Ermənistanı da tərk edib. Bu barədə "Hraparak" nəşri məlumat yayıb.

Bildirilir ki, Köçəryan uzun müddətdir ki, Avropada - Almaniyadadır. O, bu ölkəyə yanvarın sonunda gedib.

Ehtimal olunur ki, onun Ermənistana qayıtmaq niyyəti yoxdur. Köçəryan həbs olunacağından qorxur və özü üçün təhlükəsiz ölkə axtarır ki, bunun da Almaniya olacağını güman edir.